David Qareci işi üzrə Prokurorluqda Zurab Noğaideli və Mixeil Mancqaladze dindirildi
Gürcüstan Baş Prokurorluğu təsdiq edir ki, David Qareci işi üzrə cari istintaq çərçivəsində, Gürcüstanın keçmiş baş naziri, Zurab Noğaideli sorğu edildi.
Yayılan məlumata görə, istintaq daha bir neçə yüksək vəzifəlini dindirib, o cümlədən Xarici İşlər nazirinin keçmiş müavini, Mixeil Mancqaladzeni. O, 2006-2007-ci illərdə demarkasiya komissiyasına rəhbərlik edirdi.
David Qareci işi üzrə Prokurorluq Xarici İşlər Nazirliyinin əməkdaşı, İveri Melaşvilini və Daxili İşlər Nazirliyinin əməkdaşı, Natliya İliçovanı 7 oktyabrda yaxaladı.
Prokurorluqda bəyan etdiklərinə görə, istintaqa başlmağa əsas Gürcüstan Müdafiə Nazirliyindən daxil olan yazılı məlumat oldu. Məlumata əsasən, illər ərzində Xarici İşlər Nazirliyi yanında mövcud olan dövlət sərhədinin delimitasiya-demarkasiya komissiyası ekspertləri tərəfindən, dövlət sərhədinin razılaşdırlması zamanı, daimi olaraq relevant sənədlərin inkarı və onları yan keçərək Gürcüstana qarşı qərarların qəbul edilməsi baş verirdi.
Tbilisi Şəhər Məhkəməsi İveri Melaşvili və Natliya İliçova qarşı həbs qətimkan tədbirini seçdi.