David Bakradze - bu gün proporsional seçkiləri xilas etdik
David Bakradze - bu gün proporsional seçkiləri xilas etdik

Hakimiyyət qərar verməlidir, əgər onlar 8 mart razılaşmasını yerinə yetirsələr, biz ikinci və üçüncü dinləməni dəstəkləməyə hazırıq, yoxsa – nəticələrə “Gürcü Arzusu” məsuliyyət daşıyacaq, – bu barədə “Avropa Gürcüstanının” liderlərindən biri, David Bakradze konstitusiya dəyişikliklərinin müzakirəsi barəsində bəyan etdi.

“Düşünürük ki, “Avropa Gürcüstanının” və 20 səsin həlledici əhəmiyyəti var idi. Bu vaxtı bizim mövqeyimiz açıq-aydındır, bu gün proporsional seçkiləri xilas etdik. Lakin bu qanunlayihəni ikinci və üçüncü dinmləmə ilə dəstəkləməyəcəyik, əgər hakimiyyət 8 mart razılaşmasını yerinə yetirmədisə, Giorgi Ruruanı azad etmədisə. İndi hakimiyyət qərar verməlidir, əgər onlar 8 mart razılaşmasını yerinə yetirsələr, biz ikinci və üçüncü dinləməni dəstəkləməyə hazırıq, yoxsa – nəticələrə “Gürcü Arzusu” məsuliyyət daşıyacaq”, – Bakradze bəyan etdi.

136 səslə Parlament seçki sistemi barəsində konstitusiya dəyişikliklərini ilk dinləmə ilə qəbul etdi. Bu günki səsvermədə müstəqil deputatlar və “Milli Hərəkatdan” başqa müxalif fraksiyalar iştirak etdilər.