David Araxamiya Rusiya ilə danışıqların şərtlərini açıqlayır

13:40, 04.12.2022

Ukrayna Parlamentinin “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri, David Araxamiya Rusiya ilə danışıqların şərtlərini açıqlayır. Ukrayna hökumətinin nümayəndəsinin dediyinə görə, Ukrayna Rusiya üçün təhlükəsizlik zəmanəti verməyə hazırdır, lakin danışıqlara başlamaq üçün Rusiya dörd şərti yerinə yetirməlidir.

Araxamuyanın dediyinə görə, Rusiya aşağıdakı addımları atmalıdır: Ukraynanı tərk etməli, təzminat ödəməli, bütün hərbi cinayətkarları cəzalandırmalı, nüvə silahından könüllü olaraq imtina etməlidir.

“Bundan sonra biz danışıqlar masası arxasına oturmağa və təhlükəsizlik təminatları barədə danışmağa hazırıq”, – Araxamiya telegram kanalında yazır.

 

Oxşar