David Araxamiya - biz istəyirik öz Ukrayana NATO-muzu yaradaq
David Araxamiya - biz istəyirik öz Ukrayana NATO-muzu yaradaq

“Xalqın xidmətçisi” Ukrayna hakim partiyanın lideri, David Araxamiyanın bəyan etdiyinə görə, Ukrayna digər ölkələrdən təhlükəsizlik zəmanəti almaq və bununla da “öz Ukrayna NATO-sunu” yaratmaq istəyir.

“Biz istəyirik öz Ukrayana NATO-muzu yaradaq. Bizim üçün vacibdir ki, NATO-nun ən böyük və ən effektiv dövlətləri təcavüz halında bizə öz dəstəklərini göstərsinlər”, – Araxamiya bəyan etdi.

Araxamiyanın dediyinə görə, üç NATO ölkəsi – Türkiyə, Almaniya və İtaliya artıq Ukraynaya təhlükəsizlik zəmanəti verməyə razılaşıb. Bununla belə, o bəyan edir ki, Britaniya və ABŞ-ın sazişə qoşulması Ukrayna üçün vacibdir, çünki “onlarsız belə bir müqavilənin imzalanmasının mənası yoxdur”.

Elə onun bəyan etdiyinə görə, Ukrayna üçün bu iki ölkədən başqa Fransa, Çin və Türkiyənin də iştirakı önəmlidir.