Dauninq-strit – Endi Börnham vəzifəyə başladıqdan qısa müddət sonra Donald Trampla danışıb, o, müdafiə və təhlükəsizliyə sadiqliyini vurğulayıb
Ağ Ev Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının baş tutduğunu təsdiqləyib.
Qeyd olunur ki, Ağ Ev liderlərin söhbəti ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb. Lakin Tramp və Börnham arasındakı telefon danışığının detalları barədə Dauninq-strit məlumat yayıb.
Məlumata görə, Börnham Trampla gələcəkdə onun səfəri zamanı “Mançesterin təqdim edə biləcəklərini göstərmək” ümidində olduğunu bildirib.
“Baş nazir vəzifəyə başladıqdan qısa müddət sonra ABŞ Prezidenti Donald Tramp ilə danışıb. Börnham müdafiə və təhlükəsizliyə sadiqliyini vurğulayıb və bildirib ki, təhlükəsizlik onun gündəliyinin əsas prioritetidir”, – deyə Dauninq-stritin açıqlamasında qeyd olunub.
Xatırladaq ki, Kir Starmer bu gün Böyük Britaniyanın Baş naziri vəzifəsini rəsmi olaraq tərk edib. Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham olub. Onun namizədliyi artıq ölkə monarxı tərəfindən təsdiqlənib.