Daşınmaz əmlakın dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə polis Kutaisidə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirmək ittihamı ilə Kutaisidə bir nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Türkiyə Respublikası vətəndaşını inandırıb ki, guya biznesmen ona məxsus evi 260 000 ABŞ dollarına satın alır. O, aldatma yolu ilə alqı-satqı müqaviləsi bağladıb, bunun əsasında da evi atasının adına rəsmiləşdirib və daşınmaz əmlakı dələduzluq yolu ilə ələ keçirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır, bu da 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.