“Danone” şirkəti Rusiya bazarından çıxdığını elan etdi
Fransanın süd məhsulları istehsal edən “Danone” şirkəti Rusiya bazarından çıxdığını elan etdi.
Şirkətin açıqlamasında “Danone”-nin Rusiyada istehsalının başqa şirkətlərə veriləcəyi qeyd olunur. Mümkün sövdələşmənin dəyəri bir milyard avroya çatması mümkündür.
“Bu, işçilərimiz, müştərilərimiz və partnyorlarımız üçün uzunmüddətli yerli biznesin davamlılığını təmin etmək üçün ən yaxşı variantdır”, – şirkətin bəyanatında deyilir.
“Danone” Rusiyada “Prostokvaşino”, “Rastişka”, “Activia” və s. kimi markaların məhsullarını istehsal edir.