Danimarkanın xarici işlər naziri - Keçilməməli olan qırmızı xətlər var
Danimarkanın xarici işlər naziri - Keçilməməli olan qırmızı xətlər var

 

Danimarkanın xarici işlər naziri Lars Loke Rasmussen, keçilməməli olan qırmızı xətlər olduğunu bildirir.

Jurnalist Lars Loke Rasmussendən ABŞ-nin Danimarkaya xəyanət etdiyini hiss edib-etmədiyini soruşub.

“Təəccüblənmək sözünü işlədirəm. Vəziyyəti gərginləşdirmək niyyətim yoxdur. NATO alyansındakı, Avropa İttifaqındakı bütün müttəfiqlərimizin bu prinsiplərə əməl etməsi son dərəcə vacibdir ki, Amerika Prezidentinə göstərsinlər – sizin istəyiniz, vizyonunuz, tələbiniz var, lakin bizə təzyiq yolu ilə buna heç vaxt nail ola bilməyəcəksiniz” – Rasmussen bildirib.