Danimarkanın xarici işlər naziri – Danimarka Amerika Birləşmiş Ştatlarının Arktikada təhlükəsizlik maraqlarının olduğunu başa düşür, Kopenhagen bu məsələni Tramp administrasiyası ilə müzakirə etməyə hazırdır

16:32, 13.01.2025

 
Danimarka Amerika Birləşmiş Ştatlarının Arktikada təhlükəsizlik maraqlarının olduğunu başa düşür – bu haqda Danimarkanın xarici işlər naziri Lars Loke Rasmussen bildirib.

O deyib ki, Kopenhagen bu məsələni seçilmiş prezident Donald Trampın administrasiyası ilə müzakirə etməyə hazırdır.

“Biz amerikalıların Arktikada təhlükəsizliklə bağlı bəzi narahatlıqlarının olması düşüncəsi ilə razıyıq və bunu bölüşürük. Buna görə də Qrenlandiya ilə sıx əməkdaşlıqla, Amerikanın qanuni maraqlarının təmin olunması üçün ABŞ-ın gələcək prezidenti ilə danışıqları davam etdirməyə hazırıq” – Lars Loke Rasmussen bildirib.

Oxşar