Danimarkanın xarici işlər naziri - ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hesabatı Danimarkanın Gürcüstanda seçkiöncəsi dövrdə və seçki günü baş vermiş pozuntularla bağlı narahatlığını təsdiqləyir

ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hesabatı Danimarkanın Gürcüstanda seçkiöncəsi dövrdə və seçki günü baş vermiş pozuntularla bağlı narahatlığını təsdiqləyir – bu haqda Danimarkanın xarici işlər naziri Lars Loke Rasmussen bildirib.

Rasmussenin bəyanatını Danimarkanın Gürcüstandakı səfirliyi yayır.

“ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Gürcüstanın seçkiləri ilə bağlı hesabatı Danimarkanın seçkiöncəsi dövrdə və seçki günü baş vermiş pozuntularla, o cümlədən seçicilərin geniş yayılmış hədələnməsi və səslərin satın alınması ilə bağlı narahatlığını təsdiqləyir” – Danimarkanın səfirliyi sosial şəbəkədə yazır.