Danimarka və Hollandiya Ukraynaya Almaniya istehsalı olan 14 “Leopard 2” tankını verəcək

16:06, 20.04.2023

Danimarka və Hollandiya Ukraynaya Almaniya istehsalı olan 14 “Leopard 2” tankını verəcək.

Bu barədə Danimarkanın Müdafiə naziri vəzifəsini icra edən, Troels Lund Poulsen bəyan etdi. Onun dediyinə görə, bu müasir tanklar Ukraynada 2024-cü ilin əvvəlində olacaqlar.

Eyni zamanda, Danimarka Ukrayna Silahlı Qüvvələrinə “Leopard 1” modelinin yüzə qədər tankını göndərəcək. Buradan 80 tank Ukrayna Silahlı Qüvvələrinin tabeliyində ilin sonuna kimi olacaq.

“Danimarka hökuməti ölkəmizin böyüklüyünə görə, bizi ən böyük donorlardan birinə çevirməyi hədəfləyir, çünki, Ukraynadakı dostlarımızın maksimum dəstək alması çox vacibdir”, – nazir bəyan etdi.

Oxşar