Danimarka Ukraynaya milyard dollar dəyərində hərbi yardım paketi ayırdı
Danimarka Ukraynaya milyard dollar dəyərində hərbi yardım paketi ayırdı.
Ölkənin müdafiə nazirliyində izah etdikləri kimi, 25-ci yardım paketi 2025-2027-ci illərdə Ukraynaya yardım göstərəcək və əsasən hava hücumundan müdafiə, artilleriya və hava qüvvələrinin maliyyə dəstəyinin təminatına fokuslanacaq.
“Ukraynanın təhlükəsizliyi bütün Avropanın gələcəyi üçün həlledici əhəmiyyət kəsb edir. Ümid edirəm ki, ölkəmiz digər müttəfiqləri daha çox dəstək verməyə ruhlandıracaq” – Danimarkanın xarici işlər naziri Lars Loke Rasmussen bildirib.