Danimarka Parlamenti Qrenlandiya və ABŞ ilə təhlükəsizlik haqqında üçtərəfli sazişi təsdiqləyib

16:50, 19.11.2026

 

Danimarka Parlamenti Arktika və Şimali Atlantikada təhlükəsizliyin gücləndirilməsinə xidmət edən Qrenlandiya və Birləşmiş Ştatlarla sazişi 109 səslə yekdilliklə təsdiqləyib. Səsvermədən əvvəl Danimarkanın yarımmuxtar ərazisi olan Qrenlandiya üzərində nəzarəti ələ keçirmək istəyən ABŞ Prezidenti Donald Tramp tərəfindən aylarla davam edən təzyiq olub.

Donald Tramp, Danimarka və Qrenlandiya liderləri arasında imzalanmış üçtərəfli saziş Qrenlandiyada ABŞ-nin əlavə hərbi bazalarının yerləşdirilməsinə yol açır və Trampın adanın ABŞ-nin tərkibinə qatılması ilə bağlı səsləndirdiyi çoxsaylı çağırışlardan sonra yaranan gərginliyi aradan qaldırır. Folketinqin qərarı sazişin qüvvəyə minməsi üçün son addım olub.

Bundan əvvəl, cari ayın əvvəlində sənəd Qrenlandiya Parlamenti tərəfindən də etiraz olmadan təsdiqlənmişdi. Sazişin məqsədi özünüidarə edən adanın Danimarkanın nəzarəti altında qalması şərtilə Qrenlandiyada ABŞ-nin hərbi mövcudluğunu artırmaqdır.

Sənədin şərtləri Qrenlandiya gələcəkdə müstəqillik əldə etmək qərarını verəcəyi təqdirdə belə qüvvədə qalacaq.

Oxşar