Danimarka öz hava bazasında Ukraynalı pilotlara F-16 qırıcılarını idarə etmək üçün təlim keçəcək
Danimarka öz hava bazasında Ukraynalı pilotlara F-16 qırıcılarını idarə etmək üçün təlim keçəcək. Təlinmlər güman edildiyinə görə, yayda başalayacaq.
Medianın yazdığı kimi, Danimarkanın Müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen bu təşəbbüslə NATO ölkələrinin Brüsseldə keçirilən nazirlər görüşündə çıxış etdi.
“Biz hələ də bu təyyarələrin Ukrayna Hərbi Hava Qüvvələri üçün potensial döyüş təyyarəsi olmaqdan çox uzağıq. Dyərləndirməmizə görə, an azından altı ay lazım gələcək”, – Pulsen bəyan etdi.
Bununla yanaşı, Troels Lund Poulsenin dediyinə görə, o, başqa ölkələrin dəstəyini də gözləyir ki, iyulda keçirilməsi planlaşdırılan NATO sammitində Danimarka və Hollandiya daha konkret plan təqdim etsin.