Danimarka Müdafiə Nazirliyində bəyan edirlər ki, Ukrayna hərbçilərinə təlim keçirmək üçün Böyük Britaniyaya hərbi təlimatçıları göndərəcəklər

14:43, 10.08.2022

Danimarka Ukrayna hərbçilərinə təlim keçirmək üçün Böyük Britaniyaya hərbi təlimatçıları göndərəcək. Danimarka Müdafiə Nazirliyinin verdiyi məlumata görə, onlar Ukraynalılara təlimat verməyə Danimarka ərazisində də hazırdırlar.

“Danimarka 130 Danimarka əsgəri ilə Britaniyanın təlim layihəsini dəstəkləyəcək və eyni zamanda Danimarkada Ukraynalı əsgərlərə təlim keçməyi təklif edəcək”, – Nazirliyin bəyanatında deyilir.

Sabah Ukraynaya uzunmüddətli dəstək məsələsi ilə bağlı üç ölkənin, İngiltərə, Danimarka və Ukraynanın Müdafiə nazirləri Kopenhagendə görüş keçirəcək, burada təlimlər, ərazilərin minalardan təmizlənməsi və silahlanma məsələlərini müzakirə edəcəklər.

Oxşar