Danimarka kralı Frederik Qrenlandiyaya səfər edib, bu da son bir il ərzində monarxın adaya ikinci səfəridir.
“Reuters”in məlumatına əsasən, ABŞ Prezidenti Donald Trampın adanı ələ keçirməyə çalışması fonunda, kral bu addımla Danimarkanın ərazisinin bütövlüyünü vurğulamaq istəyir.
Nəşrin yazdığı kimi, kralın Qrenlandiyanın Danimarka Krallığının bir hissəsi olduğunu vurğulamaq üçün gödəkcəsində Danimarka və Qrenlandiya bayraqları əks olunmuşdu.
Bununla yanaşı, monarx Nuukda məktəbə və hərbi qərargaha da baş çəkəcək.
Məlumat üçün bildirək ki, Donald Tramp Amerika Birləşmiş Ştatlarının öz təhlükəsizliyi üçün Qrenlandiyaya ehtiyacı olduğunu bildirir. Bu məsələ ABŞ və Avropa ölkələri arasında gərginliyi artırıb. Qrenlandiya, Danimarka və ABŞ tərəflər arasında böhranı həll etmək üçün ötən ayın sonunda diplomatik danışıqlara başlayıblar. Bununla yanaşı, Danimarkanın Baş naziri ötən həftə Qrenlandiyalı həmkarı ilə birlikdə ABŞ dövlət katibi Marko Rubio ilə konstruktiv görüş keçirdiyini bildirib.