Danimarka hökuməti məktəblərdə mobil telefonlardan və digər şəxsi elektron cihazlardan istifadənin tamamilə qadağan edilməsini planlaşdırır

18:38, 10.09.2026

Danimarka hökuməti məktəblərdə mobil telefonlardan istifadənin tamamilə qadağan edilməsini planlaşdırır. Bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.
Qadağa həm mobil telefonlara, həm də digər şəxsi elektron cihazlara şamil olunacaq.

Məhdudiyyət həm dərs, həm də tənəffüs zamanı qüvvədə olacaq. Həmçinin mobil telefonlardan məktəbin həyətində istifadə etmək də qadağan ediləcək.

“Biz sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqini və məktəblərdə mobil telefonların qadağan edilməsini təklif edərkən, bu, sizdən nəyisə almaq istədiyimiz anlamına gəlmir. Əksinə, sizə nəyisə qaytarmaq istəyirik – uşaqlığınızı və azadlığınızı”, – deyə Danimarkanın Baş naziri bildirib.

Danimarka məktəblərdə smartfon və digər elektron cihazların istifadəsini məhdudlaşdırmaq istəyən ilk ölkə deyil. Polşada müvafiq qanun yeni tədris ili başlamazdan əvvəl qüvvəyə minib. Çexiyada məktəblərdə mobil telefonların qadağan edilməsinin 2027-ci ilin sentyabrından tətbiqi planlaşdırılır. Latviyada isə iyunun 1-dən etibarən 1-ci sinifdən 9-cu sinfə qədər şagirdlərin məktəblərdə mobil telefonlardan istifadəsi qadağan edilib.

Oxşar