Danimarka, Donald Tramp tərəfindən Qrenlandiya məsələləri üzrə xüsusi nümayəndə təyin edilməsindən sonra ABŞ-ni ərazi bütövlüyünə hörmət etməyə çağırır
Danimarka, Donald Tramp tərəfindən Qrenlandiya məsələləri üzrə xüsusi nümayəndə təyin edilməsindən sonra ABŞ-ni ərazi bütövlüyünə hörmət etməyə çağırır

 

Danimarka, Donald Tramp tərəfindən Qrenlandiya məsələləri üzrə xüsusi nümayəndə təyin edilməsindən sonra ABŞ-ni ərazi bütövlüyünə hörmət etməyə çağırır.

“Bu qərar ABŞ-nin Qrenlandiyaya olan davamlı marağını təsdiqləyir. Lakin biz tələb edirik ki, hamı, o cümlədən Amerika Birləşmiş Ştatları Danimarka Krallığının ərazi bütövlüyünə hörmət etsin” – Danimarkanın xarici işlər naziri Lars Loke Rasmussen bildirib.

Məlumat üçün bildirək ki, Donald Tramp bu gün Qrenlandiya məsələləri üzrə xüsusi nümayəndə təyin edib. Onun vəzifəsi adanın hakimiyyəti ilə birbaşa ünsiyyət qurmaq olacaq.

Xatırladaq ki, Qrenlandiya Danimarkanın Arktikada yerləşən muxtar vilayətidir. Adanın böyük hissəsi buzla örtülüdür. Qrenlandiyada cəmi 57 min insan yaşayır. 2025-ci ilin ictimai rəy sorğularına əsasən, Qrenlandiya sakinlərinin çox hissəsi Danimarkadan müstəqilliyi dəstəkləyir, lakin ABŞ-nin hissəsi olmaq istəmir. Ağ Evə qayıtdıqdan sonra Donald Tramp dəfələrlə Qrenlandiyanı “Milli təhlükəsizlik mülahizələrinə görə” Amerika Birləşmiş Ştatlarına birləşdirməyi planlaşdırdığını bildirib.