Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Sahil Mühafizəsinin yaradılmasından 27 il tamam oldu
Daxili İşlər Nazirliyinin Sahil Mühafizəsinin yaradılmasından 27 il tamam oldu.
Sərhəd Polisinin rəisi, polkovnik Davit Tamazaşvili Sahil Mühafizəsi Departamentinin direktoru, I dərəcəli kapitan Yuri Pirtsxalaişvili ilə birlikdə Potidə Sahil Mühafizəsinin bazasında şəxsi heyəti peşə günü münasibətilə təbrik edib.
Sərhəd Polisinin səhifəsində dərc olunan məlumata əsasən, Sərhəd Polisinin rəisi əməkdaşları daxili işlər nazirinin təşəkkürnaməsi, 15 illik qüsursuz xidmətə görə və Sərhəd Polisi rəisinin təşəkkürnaməsi ilə təltif edib.
“Sahil Mühafizəsi bu gün milli maraqların keşiyində möhkəm dayanır və ölkənin dəniz təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm rol oynayır. Sahil Mühafizəsinin gücləndirilməsində verdikləri töhfələrə görə Daxili İşlər Nazirliyinin nümayəndələrinə təşəkkür etmək istəyirəm. Tez-tez öz sağlamlıqları və həyatları bahasına mühüm və məsuliyyətli tapşırıqları yerinə yetirən Sahil Mühafizəsi Departamentinin nümayəndələrinə xüsusi təşəkkürümü bildirirəm” – Sərhəd Polisinin rəisi Davit Tamazaşvili bildirib.
Tədbirdə Potinin meri, yerli özünüidarəetmənin nümayəndələri və Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin rəhbər şəxsləri iştirak edirdilər.
Sərhəd Polisinin rəisi Sahil Mühafizəsi Departamentinin direktoru və Potinin meri ilə birlikdə 2008-ci ilin avqust müharibəsində xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş qəhrəmanların memorialının önünə əklil qoyub.