Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin direktoru vəzifəsinə Vaja Siradze təyin edildi
Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin direktoru vəzifəsinə, polis mayoru Vaja Siradze təyin edildi. Məlumatı DİN-nin mətbuat xidmətindən Gürcüstanın Birinci Kanalına təsdiq etdilər. Vaja Siradze vəzifədə Mixeil Dilimaşvilini əvəz etdi. Dilimaşvili Acara Patrul Polisinin Baş İdrəsinə rəis təyin edildi.
Vaja Siradze 2019-cu ilin fevralından Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsi rəsinin müavini vəzifəsini tuturdu.
Vaja Siradze 1986-cı ildə anadan olub və hüquqşunasdır.
2003-2008-ci illərdə TDU-da oxuyurdu.
2007-2010-cu illərdə Gürcüstan Müdafiə Nazirliyində işə başladı.
2010-cu ildə işini Gürcüstan Müdafiə Nazirliyinin bölgə idarəsində (Tbilisi-Msxeta-Mtianeti) obyektlərin təhlükəsizliyi xidmətində davam etdirdi.
2011-ci ildə elə həmin idarənin rəsi vəzifəsinə keçdi.
2012-2013-ci illərdə DİN-in Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinə keçdi.
2013-2014-cü illərdə DİN-in Şida Kartli Bölgə Baş İdarəsinin Qori İdarəsinin rəis müavini vəzifəsinə təyin edildi.
2014-2015-ci illərdə DİN-in Sameqrelo-Zemo Svaneti Bölgə Baş İdarəsinin Mestiya rayon İdarəsinin rəis müavini vəzifəsində işlədi.
2015-ci ildə DİN-in İsani-Samqori idarəsinin rəisi müvani oldu.
2015-2016-cı illərdə DİN-in Şida Kartli Bölgə Baş İdarəsinin Xaşuri İdarəsinin rəis vəzifəsinə təyin edildi.
2016-2018-ci illərdə DİN-in Şida Kartli Bölgə Baş İdarəsinin Kaspi rayon İdarəsinin rəisi, 2018-ci ildə DİN-in Kvemo Kartli Bölgə Baş İdarəsinin Rustavi İdarəsinin rəisi vəzifəsinə təyin olundu.
Rus və inglis dillərinda danışır, evlidir və uşağı var.