Daxili İşlər Nazirliyinin məlumatına əsasən, metronun “Universitet” stansiyasında baş vermiş fakt üzrə qəsdən adam öldürmə maddəsi ilə istintaq başladılıb
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, metronun “Universitet” stansiyasında baş vermiş fakt üzrə qəsdən adam öldürmə maddəsi ilə istintaq başladılıb

 

Metronun “Universitet” stansiyasında baş vermiş fakt üzrə 108-ci, qəsdən adam öldürmə maddəsi ilə istintaq başladılıb.

Bu haqda Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən bildiriblər.

Daxili İşlər Nazirliyinin məlumatında hüquq-mühafizə orqanlarının əməkdaşlarının təqsirləndirilən şəxsi saxladıqları deyilir.

Məlumat üçün bildirək ki, mövcud məlumata əsasən, metronun “Universitet” stansiyasında kişini tələyiblər, bundan sonra o, relslərin üzərinə düşüb və yerindəcə həlak olub. Baş vermiş hadisəyə görə Tbilisi metrosunun Saburtalo xəttində hərəkət ləngiyib.