Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Gürcüstan Parlamenti yaxınlığında aksiyada hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri inzibati qaydada saxlayıblar
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Gürcüstan Parlamenti yaxınlığında aksiyada hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri inzibati qaydada saxlayıblar

 

Gürcüstan Parlamenti yaxınlığında etiraz aksiyasında hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri saxlayıblar.

Daxili İşlər Nazirliyindən Gürcüstanın Birinci Kanalına açıqlandığı üzrə, iki nəfər İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi əsasında saxlanılıb, bu isə polisin qanuni tələbinə itaətsizliyi nəzərdə tutur.

Parlament yaxınlığında aksiya qanunverici orqanda parlamentin istintaq komissiyasının iclası ilə eyni zamanda başlayıb. Aksiya iştirakçılarının dedikləri kimi, Gürcüstan Parlamentinin İstintaq Komissiyası tərəfindən gürcü ordusu mühakimə olunur və buna dözə bilməzlər.

Məlumat üçün bildirək ki, Gürcüstan Parlamentində “2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən müvəqqəti istintaq komissiyası”nın bugünkü iclasında 2008-ci ildə Gürcüstan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahına daxil olan Sülhməramlı Əməliyyatlar Qərargahının rəisi olmuş Mamuka Ğuraşvili və 2004-2006-cı illərdə dövlət naziri olmuş Qoqa Xaindrava dindirilib. Həmçinin, bu gün parlamentin birinci vitse-spikeri, 2004-2006-cı illərdə Gürcüstanın dövlət nazirinin müavini vəzifəsini tutmuş Qia Volski də dindirilib.