Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi narkotik cinayəti ittihamı ilə 3 nəfəri saxlayıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin əməkdaşları Baş Prokurorluqla birlikdə keçirilmiş istintaq, prosessual və əməliyyat tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz şəkildə əldə edilməsi-saxlanılması və narkotik vasitənin qanunsuz satışı ittihamı ilə 3 nəfəri saxlayıblar.
“İstintaqla müəyyən edilib ki, İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin 2-ci polis bölməsinin sahə inspektoru, 1969-cu il təvəllüdlü X.Z., maddi qazanc əldə etmək məqsədilə 1964-cü il təvəllüdlü vətəndaş İ.Q.-yə və 1960-cı il təvəllüdlü vətəndaş A.B.-yə narkotik vasitə “Morfin”i qanunsuz şəkildə satıb.
Vətəndaşlar İ.Q. və A.B.-nin üzərində və yaşayış evlərində axtarış nəticəsində təqsirləndirilən şəxslərin qanunazidd şəkildə saxladıqları narkotik vasitə “Morfin” və narkotik vasitə “Buprenorfin” maddi sübut kimi götürülüb”- Daxili İşlər Nazirliyində bildirirlər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci və 2-ci hissələri və 260-cı tersiya maddənin 4-cü hissəsi ilə aparılır. Cinayət 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.