Daxili İşlər Nazirliyindən bəyan edirlər ki, nümayiş qaydasının pozulması maddəsi ilə yazılan cərimələr barədə vətəndaşlara qəbzin nəqliyyat vasitəsinə yazıldığı barədə bildiriş göndərilib, xətanın aradan qaldırılması üçün müvafiq xidmət işləyir

14:51, 23.04.2025

 

Daxili İşlər Nazirliyi toplantı və nümayişin təşkili və keçirilməsi qaydasının pozulması maddəsi ilə yazılan cərimələr haqqında bəyanat yayır.

“Daxili İşlər Nazirliyinin police.ge rəsmi internet səhifəsində İnzibati Xətalar Məcəlləsinin 174-cü prima maddəsi ilə nəzərdə tutulan (“Toplantılar və nümayişlər haqqında” Gürcüstan qanununun pozulması) cərimələrin dərc edilməsinə başlanılıb.

Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində cərimə qəbzləri avtomatik olaraq, video-cərimə prinsipi ilə dərc edilib, bu səbəbdən vətəndaşlara nəqliyyat vasitəsinə cərimə qəbzi yazılması barədə qısa mətn bildirişi göndərilib.

Texniki xətanın aradan qaldırılması üçün müvafiq xidmət işləyir” – Daxili İşlər Nazirliyindən bəyan edirlər.

Oxşar