Xorava küçəsində qətlə yetirilmiş həddi buluğa çatmamış şəxsin atası Zaza Saralidze vəkili ilə bərabər Daxili İşlər Nazirliyinin binasındadırlar. Saralidzenin izahatına əsasən, o, Daxili İşlər Nazirliyinin yüskək vəzifəli şəxsləri, onlar arasında Daxili İşlər naziri Qiorqi Qaxaria ilə görüşəcək.
İdarədə təsdiqləyirlər ki, görüş keçiriləcək, lakin, kimin iştirak edəcəyi barədə onlar hələ ki, məlumat vermirlər.
Daxili İşlər Nazirliyinə girişdən əvvəl Zaza Saralidzenin vəkili Nestan Londaridze izah etdi ki, onların əsas tələbi yenə də M.K. ilə əlaqədardır.