Daxili İşlər Nazirliyində Mühafizə Polisinin Peşə Bayramı Günü qeyd olunub
Daxili İşlər Nazirliyində Mühafizə Polisinin Peşə Bayramı Günü qeyd olunub. Daxili işlər nazirinin müavini Qiorqi Butxuzi, Mühafizə Polisi Departamentinin sədri Teimuraz Kupatadze, eləcə də departamentin bölmələrinin rəhbər şəxsləri və əməkdaşları tədbirdə iştirak ediblər.
Mühafizə Polisi Departamentinin sədri tədbirin açılışını edib. Teimuraz Kupatadze əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, xidməti vəzifələrini vicdanla yerinə yetirdiklərinə və peşəkar nailiyyətlərinə görə onlara təşəkkürünü bildirib. Çıxışı zamanı Mühafizə Polisinin rəhbəri departamentin prioritet istiqamətləri haqda danışıb və diqqəti gələcək planlara yönəldib.
Mühafizə Polisi Gününə həsr olunmuş tədbirdə departament müxtəlif bölmələrin şəxsi heyəti və texnikasını təqdim edib.
Tədbirin sonunda daxili işlər nazirinin müavini və Mühafizə Polisi Departamentinin sədri peşəkarlığı ilə fərqlənən 26 əməkdaşı mükafatlandırıblar: Mühafizə polisinin iki əməkdaşına xüsusi xidmətlərinə görə nazirliyin medalyonunu veriblər, 24 əməkdaşı isə xidməti vəzifələrini vicdanla yerinə yetirdiklərinə görə təşəkkürnamə ilə mükafatlandırıblar.