Daxili İşlər Nazirliyində "Indigo" nəşrinin jurnalisti Saba Sordianın inzibati qaydada, polisə itaətsizliyə görə saxlanıldığını bildirirlər
Daxili İşlər Nazirliyində “Indigo” nəşrinin jurnalisti Saba Sordianın saxlanıldığını təsdiq edirlər.
Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən bəyan edildiyi üzrə, Sordia inzibati qaydada saxlanılıb, bu isə polisin qanuni tələbinə itaətsizliyi (173 maddə) nəzərdə tutur.
“Indigo” nəşrinin icraçı direktoru Nata Dzvelişvili Saba Sordianın saxlanılması ilə bağlı məlumatı sosial şəbəkədə yayıb. Dzvelişvili yazır ki, Sordia Diğominin müvəqqəti saxlama təcridxanasına aparılıb.