Daxili İşlər Nazirliyində bəyan edirlər ki, sosiyal şəbəkədə yayılan videoda ittiham edilən şəxsdən DNK-nın alınması faktı görüntülənib
Daxili İşlər Nazirliyində bəyan edirlər ki, sosiyal şəbəkədə yayılan videoda ittiham edilən şəxsdən DNK-nın alınması faktı görüntülənib

Daxili İşlər Nazirliyində bəyan edirlər ki, sosiyal şəbəkədə yayılan videoda ittiham edilən şəxsdən DNK-nın alınması faktı görünür.

Bu barədə məlumat Daxili İşlər Nazirliyinidə keçirilən brifinqdə mərkəzi kriminal polis departamentinin direktoru Vladimer Botsvadze verdi.

Daxili İşlər Nazirliyinin verdiyi bəyanata görə, məhkəmə prosesinin aparılması üçün hakimin icazəsi ilə, ittiham edilən şəxsin etiraz etməsinə baxmayaraq, ekspertiza üçün, onun təri və yaxud tüpürüyü lazım idi.

Videoda görüntülənən şəxs 2018-ci ilin fevralın 13-də qrup şəklində bir evə hücum etdi, evdəkiləri fiziki təhqir etdi və birini soyuq bıçaqla yaraladı, ondan sonra isə, evdən qızıl və avtomobil apardı.

İttiham edilən şəxsi hücum zamanı zərər görənlər tanıdılar, ancaq məhkəmə prosesinin aparılması üçün ondan müəyyən analiz alınmalı idi,  həbs edilən şəxs isə, buna izin vermirdi.

İttiham edilən şəxsin yaşayış evindəki yoxlayış zamanı avtomat silahı və narkotik maddə “Suboksin”-lə dolu şprits taplıdı.

“Daxili İşlər Nazirliyi qanun çərçivəsində hərəkət edirdi” – dedi Vladimer Botsvadze.