Daxili İşlər Nazirliyi - Yolu qanunsuz olaraq bağlamaq cəhdində bilavasitə iştirak edən aksiyanın 20-dək iştirakçısı inzibati qaydada saxlanılıb
Daxili İşlər Nazirliyi - Yolu qanunsuz olaraq bağlamaq cəhdində bilavasitə iştirak edən aksiyanın 20-dək iştirakçısı inzibati qaydada saxlanılıb

 

Bu gün təxminən saat 20:00-dan Rustaveli prospektinə toplaşan aksiyanın bir neçə iştirakçısı qanunsuz olaraq yolu bağlamağa cəhd göstərib – bu haqda Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Qurumun məlumatında aksiyanın 20-dək iştirakçısının inzibati qaydada saxlanıldığı deyilir.

“Patrul Polisinin nümayəndələrinin etirazçılara onların sayı yolun hərəkət hissəsini bağlamaq üçün onlara qanuni hüquq vermədiyi üçün qanunazidd hərəkətlərə yol verməmək barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, aksiyanın iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarının çağırışını nəzərə almadılar. Müvafiq olaraq yolu qanunsuz olaraq bağlamaq cəhdində bilavasitə iştirak edən aksiyanın 20-dək iştirakçısı inzibati qaydada saxlanılıb” – DİN-in bəyanatında qeyd olunub.

Bununla yanaşı, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Patrul Polisinin avtomobilinin üzərinə çıxan gənc qadını polis xuliqanlıq maddəsi ilə saxlayıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni çağırışına itaət etməyən, Patrul Polisinin avtomobilinin üzərinə çıxan və hüquq-mühafizə orqanlarının əməkdaşlarını, onların ləyaqətini və formasını, eləcə də ictimaiyyəti təhqir edən gənc qadına gəlincə, o, Gürcüstan Cinayət Məcəlləsinin 239-cu maddəsi ilə saxlanılıb, bu isə xuliqanlığı nəzərdə tutur.

Daxili İşlər Nazirliyi bir daha aksiyanın iştirakçılarını yolun hərəkət hissəsini süni, qanunsuz olaraq bağlamaqdan və cinayət törətməkdən çəkinməyə çağırır, əks halda onlara qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək” – bəyanatda deyilir.