Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmayan şəxsin şəkilləri olan pornoqrafik materialın əldə edilməsi, saxlanılması və yayılmasına görə bir nəfəri saxlayıb

14:39, 22.10.2025

 

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində 1992-ci il təvəllüdlü, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş Ş. Ğ.-ni əvvəlcədən bilə-bilə yetkinlik yaşına çatmayan şəxsin şəkilləri olan pornoqrafik materialın əldə edilməsi, saxlanılması və yayılması ittihamı ilə saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, cinayət 9 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsin şəkilləri olan pornoqrafik materialı şəxsi fayda məqsədilə əvvəlcədən bilə-bilə saxlayıb və yayırdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları hakimin hökmü əsasında saxlanılan şəxsin üzərində və evində axtarış zamanı sübut qismində kompüter avadanlığı, mobil telefon və yaddaş kartını götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır” – məlumatda qeyd olunub.

Oxşar