Daxili İşlər Nazirliyi Türkiyə tərəfindən beynəlxalq axtarışda olan şəxsi saxlayıb, qanunsuz odlu silah və döyüş sursatı ələ keçirilib
Daxili İşlər Nazirliyi Türkiyə tərəfindən beynəlxalq axtarışda olan şəxsi saxlayıb, qanunsuz odlu silah və döyüş sursatı ələ keçirilib

 

Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin Acara Baş İdarəsinin əməkdaşları Türkiyə Respublikası tərəfindən beynəlxalq axtarışda olan 2000-ci il təvəllüdlü E.B.-ni saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatında, saxlanılan E.B.-nin Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının tələbi əsasında, müxtəlif ağır cinayətləri törətdiyi üçün axtarışa verildiyi deyilir.

“Polis saxlanılan şəxsin Xelvaçauri Munisipalitetində yerləşən müvəqqəti yaşadığı evdə axtarış zamanı qanunsuz odlu silah və döyüş sursatını sübut olaraq ələ keçirib. Fakt ilə əlaqədar istintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır, bu da 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Saxlanılan şəxs hazırda cəzaçəkmə müəssisəsinə yerləşdirilib” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.