Daxili İşlər Nazirliyi Tevdore Mğvdeli küçəsində baş verən yanğınla əlaqədar bəyanat yayır
Daxili İşlər Nazirliyi Tevdore Mğvdeli küçəsində baş verən yanğınla əlaqədar bəyanat yayır

 

Daxili İşlər Nazirliyi Tevdore Mğvdeli küçəsində baş verən yanğınla əlaqədar bəyanat yayır.

Qurumun məlumatına əsasən, binada yanğına, ehtimal ki, elektrik naqillərindəki nasazlıq səbəb olub.

“Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaqın ilkin məlumatına əsasən, Tbilisidə Tevdore Mğvdeli küçəsində yerləşən ticarət üçün nəzərdə tutulmuş bina-tikililərdən birində yanğına ehtimal ki, elektrik naqillərindəki nasazlıq səbəb olub.

Qeyd olunan obyektin yaxınlığında yerləşdirilmiş videomüşahidə kameralarının qeydlərinə baxış zamanı məlum olur ki, yanğının, ehtimal ki, ilk ocağı məhz elektrik naqillərindən yaranıb. Hadisənin dəqiq səbəbinin müəyyən edilməsi üçün fakt ilə bağlı istintaq Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi ilə başladılıb, bu da od vurmaqla əşyaya zərər vurmağı və ya məhv etməyi nəzərdə tutur.

Tbilisidə, Tevdore Mğvdeli küçəsində yanğın baş verməsi faktı ilə bağlı bildiriş Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyin İdarəolunması Mərkəzi 112-yə bu gün – avqustun 26-da səhər tezdən daxil olub. Bildiriş aldıqdan qısa müddətdə Fövqəladə Halların İdarəolunması Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə gəliblər və aktiv yanğınsöndürmə işlərinə başlayıblar. Həmçinin, Daxili İşlər Nazirliyinin digər aidiyyəti bölmələri hadisə yerinə səfərbər olunmuşdular. Yanğının yaxınlıqdakı binalara yayılması təhlükəsi var idi, lakin yanğınsöndürən-xilasedicilər yanğını vaxtında söndürməyə müvəffəq oldular. Hadisə nəticəsində xəsarət alan olmayıb” – DİN-in bəyanatında deyilir.