Daxili İşlər Nazirliyi tərəfindən saxlanılanlar arasında jurnalistlərə skuterlə hücum edən sürücü də var
Gürcüstanın Birinci Kanalının verdiyi məlumata görə, bu gün Daxili İşlər Nazirliyi tərəfindən saxlanılan üç nəfər arasında bir skuter sürücüsü də var.
Daxili İşlər Nazirliyi, Tbilisi Polis Şöbəsi və Qədim Tbilisi Baş İdarəsinin əməkdaşları istintaq hərəkətləri nəticəsində aydın oldu ki, saxlanılan şəxslər Tbilisidə Rustaveli prospektindəki mitinqdə mətbuat nümayəndələrinə qarşı peşə fəaliyyətlərinə qanunsuz olaraq maneçilik törətdilər. 1982-ci il təvəllüdlü M.D., 1983-cü il təvəllüdlü Z.C. və 1979 təvəllüdlü Z.M. saxlanıldı.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq Cinayət Məcəlləsinin 154-cü maddəsinin ikinci hissəsi və 126-cı maddəsinin birinci hissəsi ilə davam etdirilir.
