Daxili İşlər Nazirliyi Telavidə həyat yoldaşını qətlə yetirmək ittihamı ilə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində ailə üzvünə qarşı törədilmiş qəsdən adam öldürmə ittihamı ilə 1951-ci il təvəllüdlü A.D.-ni saxlayıblar. Məlumatı DİN yayır.
Nazirliyin məlumatına əsasən, cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Telavi Munisipalitetində yaşayış evində məişət zəminində başlayan mübahisə zamanı həyat yoldaşına — 1972-ci il təvəllüdlü T.M.-yə soyuq silahla döş qəfəsi nahiyəsinə ölümcül xəsarət yetirib.
Polis A.D.-ni təqsirləndirilən şəxs qismində “isti izlər”lə saxlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin törədilməsində istifadə olunan silahı – bıçağı maddi sübut kimi götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 11-ci prima 109-cu maddəsi ilə aparılır, bu da ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə deməkdir” – məlumatda qeyd olunub.