Daxili İşlər Nazirliyi Tbilisidə yetkinlik yaşına çatmayan şəxsin insan alverində ittiham olunan bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İnsan Alveri və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları, Baş Prokurorluqla birlikdə keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, 1997-ci il təvəllüdlü L.X.-ni yetkinlik yaşına çatmayan şəxsin insan alveri, fahişəlik üçün yer vermə və fahişəliyə şərait yaratma ittihamı ilə saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatında cinayətin 12 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutduğu deyilir.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cinsi istismar məqsədilə əvvəlcədən bilə-bilə, yetkinlik yaşına çatmayan qızı aldadaraq öz tərəfinə çəkib və sahib olduğu masaj salonlarından birində işlədib. Xüsusilə, təqsirləndirilən şəxsin göstərişi ilə yetkinlik yaşına çatmayan şəxs salona gələn müştərilərə müəyyən miqdarda pul müqabilində cinsi xidmət göstərib. İstintaq tərəfindən əldə edilmiş sübutlarla həmçinin ortaya çıxır ki, yetkinlik yaşına çatmayan şəxs bu yolla qazandığı məbləğin yarısını L.X.-yə ödəyirmiş.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş istintaq hərəkətləri nəticəsində L.X.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsinin birinci, 2-ci hissəsi və 143-cü sekunda maddənin 1-ci hissələri ilə aparılır” – DİN-in yaydığı məlumatda deyilir.