Daxili İşlər Nazirliyi - Tbilisidə yerləşən mehmanxanalardan birinin otağına işçinin həyatına son qoymaqla hədələyən şəxs qapanmışdı, qeyd olunan şəxs saxlanılıb
Daxili İşlər Nazirliyi - Tbilisidə yerləşən mehmanxanalardan birinin otağına işçinin həyatına son qoymaqla hədələyən şəxs qapanmışdı, qeyd olunan şəxs saxlanılıb

 

Daxili İşlər Nazirliyi “Holiday Inn” mehmanxanasında ehtimal olunan atışma faktı ilə əlaqədar rəsmi bəyanat yayır.

Qurumun məlumatına əsasən, hadisə yerinə gəldikdən sonra müəyyən edilib ki, qeyd olunan mehmanxananın otaqlarından birinə otel işçisinin həyatına son qoymaqla hədələyən şəxs qapanıb. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qeyd olunan şəxs hadisə yerində saxlanılıb.

“Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi 112-yə Tbilisidə yerləşən mehmanxanalardan birinin otağından ehtimal ki, odlu silahdan açılmış atəş səsinin eşidildiyi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin əməkdaşları məlumat daxil olan kimi dərhal reaksiya veriblər və müvafiq bölmələr, o cümlədən Patrul Polisi, Kriminal Polis və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları dərhal hadisə yerinə gəliblər.

Hadisə yerinə gələndə müəyyən edilib ki, qeyd olunan mehmanxananın otaqlarından birinə otel işçisinin həyatına son qoymaqla hədələyən şəxs qapanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qeyd olunan şəxs hadisə yerində saxlanılıb.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 236-cı və 151-ci maddələri ilə aparılır, bu da təhdid və qanunsuz olaraq odlu silah əldə etmək, saxlamaq, gəzdirmək deməkdir” – DİN-in bəyanatında deyilir.