Daxili İşlər Nazirliyi Tbilisidə Mtkvarinin (Kür) sol sahilində baş vermiş yol-nəqliyyat hadisəsi faktı ilə əlaqədar bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin əməkdaşları “isti izlərlə” həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Tbilisidə Mtkvarinin (Kür) sol sahilində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı sürücü 2002-ci il təvəllüdlü İ.S.-ni saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, istintaqla müəyyən edilib ki, İ.S. idarə etdiyi avtomobillə hərəkət edərkən, başqa bir avtomobil üçün qəza vəziyyəti yaradıb və avtomobilin sürücüsü sükanı idarə edə bilməyərək Mtkvari çayına düşüb.
“Yanğınsöndürən-xilasedicilərin dərhal reaksiyası nəticəsində sözügedən avtomobildə olan şəxslərdən birini sudan salamat çıxara biliblər, avtomobildə olan digər sərnişinlərlə bağlı yanğınsöndürən-xilasedicilərlə yanaşı, sualtı dalğıc qrupu və bütün müvafiq xilasetmə xüsusi texnikasının cəlb olunduğu xilasetmə tədbiri bu vaxta qədər fasiləsiz rejimdə davam etdirilir.
Baş vermiş fakt ilə əlaqədar istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır” – məlumatda qeyd olunub.