Daxili İşlər Nazirliyi Tbilisidə xarici ölkə vətəndaşının qətlini “isti izlər”lə açıb, qəsdən adam öldürmə ittihamı ilə xarici ölkə vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə xarici ölkə vətəndaşını “isti izlər”lə saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaqla müəyyən edilib ki, Tbilisidə xarici ölkənin iki vətəndaşı arasında münaqişə baş verib, bu zaman onlardan biri digərinə soyuq silah və küt alətdən istifadə etməklə xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralı şəxs hadisə yerində dünyasını dəyişib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi “isti izlər”lə təqsirləndirilən şəxs qismində saxlayıblar. Cinayət aləti isə maddi sübut kimi götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır, bu da 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur” – məlumatda qeyd olunub.