Daxili İşlər Nazirliyi “Tbilisi Pride” ilə bağlı bəyanat yaydı

15:48, 01.07.2021

Daxili İşlər Nazirliyi “Tbilisi Pride” ilə bağlı bəyanat yaydı.

“Daxili İşlər Nazirliyinin “Tbilisi Pride”çərçivəsində planlaşdırılan tədbirlər ilə əlaqədar planlaşdırdığı profilaktik tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq istəyirik.

Daxili İşlər Nazirliyinin nümayəndələri 1 iyul tarixinə planlaşdırılan tədbiri təhlükəsiz şəraitdə keçirmək üçün tədbirin təşkilatçıları ilə daim əlaqə saxlayırlar. Tədbiri təhlükəsiz keçirmək üçün bu gün səhər saatlarında daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze, Patrul Polis İdarəsinin direktoru Vaja Siradze və Nazirliyin digər nümayəndələrinin iştirakı ilə işçi görüş keçirildi. İclasda bugünkü tədbirlə yanaşı, həftə ərzində planlaşdırılan digər tədbirlərdən də bəhs olundu.

Daxili İşlər Nazirliyi 1 iyul tarixinə planlaşdırılan tədbirin təhlükəsiz formatda keçirilməsini, asayişin qorunmasını təmin etmək, habelə hər bir insanın ifadə və sərbəst toplaşmaq azadlığını qorumaq üçün müvafiq tədbirləri görəcək.

Hər kəsi qanunun tələblərinə əməl etməyə, eyni zamanda polisin qanuni tələblərinə tabe olmağa çağırırıq. Əks təqdirdə, polis səlahiyyətləri daxilində hərəkət edəcək və hər pozuntu halının qarşısı dərhal alınacaq”, – deyilir Daxili İşlər Nazirliyinin bəyanatında.

Oxşar