Daxili İşlər Nazirliyi son dörd ildə 18 kq narkotik maddə aşkarladı və 754 nəfəri həbs etdi
Hüquqmühafizəçilər son dörd ildə, yanvarın 1-dən aprelin 24-nə qədər müxtəlif vaxtlarda həyata keçirdiyi operativ-istintaq tədbirləri nəticəsində, qeyri-qanuni dövriyyədən 18 kiloqram narkotik maddə və müxtəlif növlü psixo-aktiv və psixotrop maddə çıxardılar, – bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin Kriminal Polis Departamentinin təşkil edilmiş suçlarla mübarizə departamentinin baş şöbəsinin rəhbəri Mamuka Çelidze bugün keçirdiyi mətbuat konfransında verdi.
Onun məlumatına görə, Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik cinayətlərinə görə, altı İran vətəndaşını həbs etdilər.
Polis 120 qram heroin narkotik maddəsini onların ayaqqabılarının içində aşkarladı.
Qeyd olunan cinayət 8-dən 20-yə qədər müddətsiz azadlıqdan məhrum edilməyi nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik cinayətlərinin prevensiyası, vaxtında aşkarlanması və qarşısının alınması məqsədi ilə, daimi rejimdə çalışmağa davam edəcəklər” – deyilir Daxili İşlər Nazirliyinin bəyanatında.