Daxili İşlər Nazirliyi - Son 24 saat ərzində toplantı və nümayişin keçirilməsi qaydasının pozulmasına görə 12 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi - Son 24 saat ərzində toplantı və nümayişin keçirilməsi qaydasının pozulmasına görə 12 nəfər saxlanılıb

 

Daxili İşlər Nazirliyinin əməkdaşları son 24 saat ərzində toplantı və nümayişin keçirilməsi qaydasının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən 12 nəfəri: Ts.J., K.M., Q.T., M.Ç., A.V., Q.V., Q.Ts., İ.Ts., B.Ç., L.U., L.M., və A.Q.-nı saxlayıblar.

Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayır.

Onların verdiyi məlumata əsasən, Rustaveli prospektində, parlamentə bitişik əraziyə toplaşan aksiyanın iştirakçıları yenə də qanunazidd əməllər törətməyə davam edirlər, az sayda olmalarına baxmayaraq, avtomobil yolunu süni şəkildə bağlayır və nəqliyyatın hərəkətinə maneə törədirlər. Həmçinin, nümayişçilərin bir hissəsinin üzləri maskalıdır, bu isə inzibati xətadır.

“Qayda pozuntusuna yol verən şəxslərə xatırladırıq ki, bu cür qanunsuz əməli təkrar törətsələr, barələrində cinayət məsuliyyəti məsələsi qaldırılacaq. Daxili İşlər Nazirliyi bir daha aksiyanın təşkilatçıları və iştirakçılarını qanunun tələblərinə əməl etməyə çağırır, əks halda hüquq-mühafizə orqanlarının əməkdaşları qanuna müvafiq şəkildə hərəkət edəcəklər, qayda pozuntusuna yol verən şəxsləri müəyyənləşdirəcək və onlara qarşı qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görəcəklər” – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.