Daxili İşlər Nazirliyi Sığnağidə heyvana qarşı qəddar rəftar faktı ilə bağlı bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi Sığnağidə heyvana qarşı qəddar rəftar faktı ilə bağlı bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Kaxetiya Polis Departamentinin Sığnaği rayon şöbəsinin əməkdaşları heyvana qarşı qəddar rəftar ittihamı ilə, əvvəllər dəfələrlə məhkum olunmuş, 1977-ci il təvəllüdlü Z.Ç.-ni saxlayıblar.

DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Sığnağidə iti alətdən istifadə edərək sahibsiz itə xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

“Sahibsiz heyvan sığınacağa yerləşdirilib, burada ona müvafiq müalicə göstərilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilmiş istintaq tədbirləri nəticəsində Z.Ç.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə aparılır ki, bu da üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur”, – məlumatda qeyd olunur.