Daxili İşlər Nazirliyi – Siğnaği bələdiyyəsində, Gürcüstan sərhədindən təxminən 5 kilometr məsafədə Türkiyəyə məxsus hərbi təyyarə qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarə Azərbaycan-Türkiyə istiqamətində uçuş həyata keçirirdi

Bu ilin 11 noyabr tarixində, Siğnaği bələdiyyəsində, Gürcüstan dövlət sərhədindən təxminən beş kilometr məsafədə Türkiyəyə məxsus hərbi təyyarə qəzaya düşüb. İlkin məlumatlara əsasən, təyyarə Azərbaycan-Türkiyə istiqamətində reys yerinə yetirirdi. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.

Açıqlamada qeyd olunur ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi ilə istintaq aparılır. Bu maddə hava nəqliyyatının hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmağı nəzərdə tutur.

“Hadisə ilə bağlı detallı məlumatları Daxili İşlər Nazirliyi mərhələli şəkildə ictimaiyyətə təqdim edəcək”, – deyə Nazirliyin açıqlamasında bildirilir.