Daxili İşlər Nazirliyi – Şida Kartli polisi qəsdən adam öldürməyə cəhd ittihamı ilə “isti izlər”lə iki nəfəri saxlayıb

14:38, 24.02.2025

 
Şida Kartli Polis Departamentinin əməkdaşları əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində iki və ya daha çox şəxsə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürməyə cəhd ittihamı ilə iki nəfəri: 2007-ci il təvəllüdlü L.Z.-ni və 2008-ci il təvəllüdlü Q.M.-i saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Qoridə qarşılıqlı mübahisə zəminində iki nəfərə – 2006-cı il təvəllüdlü A.X.-ya və 2007-ci il təvəllüdlü T.A.-ya bıçaqla bədənlərinin müxtəlif nahiyələrindən xəsarət yetiriblər, bundan sonra da hadisə yerindən qaçaraq gizləniblər. Yaralıları tibb müəssisəsinə aparıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsləri “isti izlər”lə saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin “l” yarımbəndi ilə aparılır.

Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur” – DİN-in məlumatında qeyd olunub.

Oxşar