Daxili İşlər Nazirliyi saxta sənəddən istifadə etməklə dövlət sərhədinin qanunsuz keçilməsinə cəhd faktları üzrə iki nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyi saxta sənəddən istifadə etməklə dövlət sərhədinin qanunsuz keçilməsinə cəhd faktları üzrə iki nəfəri saxlayıb.

Qurumun məlumatına əsasən, cinayətlər altı ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Sərhədin İdarəolunması və Koordinasiya Baş İdarəsinin əməkdaşları görülmüş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində saxta sənəddən istifadə etməklə dövlət sərhədinin qanunsuz keçilməsinə cəhd faktları üzrə 1960-cı il təvəllüdlü Q.B. və 2002-ci il təvəllüdlü xarici ölkə vətəndaşı B.D.-ni saxlayıblar. Cinayətlər altı ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Patrul Polisi Departamentinin əməkdaşları Q.B. və B.D.-ni müxtəlif vaxtlarda Tbilisi beynəlxalq hava limanında saxta sənəddən istifadə etməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlayıblar. İstintaq Cinayət Məcəlləsinin 19-344-cü və 362-ci maddələri ilə aparılır” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.