Daxili İşlər Nazirliyi - Rustavelidə aksiya dinc toplaşmaq hüququnun çərçivəsindən kənara çıxıb, DİN ərazini təmizləmək üçün zorakılıq törədən qrupun üzvlərinə qarşı qanunla nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə edəcək
Rustaveli prospektində davam edən aksiya dinc toplaşmaq hüququnun çərçivəsindən kənara çıxıb, buna görə də Daxili İşlər Nazirliyi parlamentə bitişik ərazini təmizləmək üçün zorakılıq törədən qrupun üzvlərinə qarşı qanunla nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə edəcək – bu haqda Daxili İşlər Nazirliyi tərəfindən yayılmış bəyanatda deyilir.
Daxili İşlər Nazirliyində bəyan etdikləri kimi, Rustaveli prospektində davam edən etiraz aksiyasında ötən günlərdə olduğu kimi, aksiya iştirakçılarının müəyyən qrupları tərəfindən qısa zamanda zorakılıq xarakterli hərəkətlər qeydə alınıb, bu da parlamentin ön girişi yaxınlığında olan polis qüvvələri ilə qarşıdurma ilə ifadə olunur.
“Xüsusən, zorakılıq törədən qrupun üzvləri polisə müxtəlif əşyalar, daşlar, şüşə butulkalar və pirotexniki vasitələr atırlar. Bununla yanaşı, müxtəlif media vasitələri vasitəsilə aksiya iştirakçılarının polisə qarşı fəal şəkildə istifadə etdikləri müxtəlif qadağan olunmuş əşyalarla təchiz olunduğu açıq-aydın görünürdü. Daxili İşlər Nazirliyi aksiya başlayandan dərhal sonra toplantı-nümayişin dinc xarakter daşımasına və qanunla müəyyən edilmiş çərçivəni aşmamasına dair aksiyanın təşkilatçılarına və iştirakçılarına yönəlik müvafiq müraciət yayıb.
Nazirliyin çağırışına baxmayaraq, Rustaveli prospektində davam edən aksiya dinc toplaşmaq hüququnun çərçivəsindən kənara çıxıb, buna görə də Daxili İşlər Nazirliyi parlamentə bitişik ərazini təmizləmək üçün zorakılıq törədən qrupun üzvlərinə qarşı qanunla nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə edəcək” – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.