Daxili İşlər Nazirliyi Qriqol Robakidze adına Universitetin yaxınlığında baş vermiş bıçaqlanma faktının üstünü “isti izlər”lə açıb – bir nəfər saxlanılıb

11:02, 29.09.2026

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları sağlamlığa qəsdən ağır zərər vurma ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaqla təqsirləndirilən şəxsin cari ilin sentyabrın 28-də Tbilisidə, Qriqol Robakidze adına Universitetin yaxınlığında qarşılıqlı mübahisə zamanı soyuq silahdan istifadə edərək bir nəfərə xəsarət yetirdiyi və hadisə yerindən qaçdığı müəyyən edilib.

Yaralı müvafiq tibbi yardım göstərilməsi məqsədilə klinikaya aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi “isti izlər”lə saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır, bu da 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Oxşar