Daxili İşlər Nazirliyi - Qorinin Xeltubani kəndində xidməti vəzifələrini yerinə yetirərkən bir neçə vətəndaş polislərə hücum edib, hüquq-mühafizə orqanlarının 3 əməkdaşına soyuq silahla xəsarət yetirilib
Cari ilin iyulun 15-də Qori Munisipalitetinin Xeltubani kəndində xidməti vəzifələrini yerinə yetirərkən bir neçə vətəndaş Şida Kartli Polis Departamentinin əməkdaşlarına hücum edib – bu haqda Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunduğu kimi, hadisə nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, o cümlədən üç polisə soyuq silahla xəsarət yetirilib.
“Bu mərhələdə onların hər üçü xəstəxanaya yerləşdirilib və onlara müvafiq tibbi yardım göstərilib. Hücumdan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən avtomobillərdən birini yoxlamaq məqsədilə saxlayıblar. Məlum olub ki, avtomobili sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmamış – 2009-cu il təvəllüdlü S.S. idarə edirdi. S.S. hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib. Qarşıdurmaya həmçinin yetkinlik yaşına çatmamış şəxsin atası və onların qohumları qarışıb, bu zaman S.S. və onu müşaiyət edən şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına xəsarət yetiriblər. Polisə qarşı qrup halında hücum ittihamı ilə hüquq-mühafizə orqanlarının əməkdaşları 1979-cu il təvəllüdlü Q.S., 2009-cu il təvəllüdlü S.S., 1989-cu il təvəllüdlü S.S., 1961-ci il təvəllüdlü V.S. və 1989-cu il təvəllüdlü M.A.-nı “isti izlər”lə saxlayıblar. Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 353-cü prima maddəsinin 2-ci hissəsi ilə aparılır.
Polislərə hücumun hər bir faktına Daxili İşlər Nazirliyi tərəfindən müvafiq, ən sərt hüquqi cavab veriləcək” – DİN-in bəyanatında deyilir.