Daxili İşlər Nazirliyi Polşa və Gürcüstan vətəndaşları arasında münaqişəni əks etdirən görüntüləri yayır
Daxili İşlər Nazirliyi Polşa və Gürcüstan vətəndaşları arasında münaqişəni əks etdirən görüntüləri yayır

 

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə yerləşən restoranlardan birinin yaxınlığındakı ərazidə Polşa və Gürcüstan vətəndaşları arasında münaqişəni əks etdirən görüntüləri yayır.

“Yüksək ictimai maraqdan irəli gələrək, Polşa və Gürcüstan vətəndaşları arasında baş vermiş münaqişəni əks etdirən görüntüləri təqdim edirik. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə ilə bağlı iki nəfər saxlanılıb. İstintaq Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci prima hissəsi ilə aparılır” – DİN-in bəyanatında qeyd olunub.

DİN-in məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qarşılıqlı mübahisə zəminində Tbilisidə yerləşən restoranlardan birinin yaxınlığındakı ərazidə 3 Polşa vətəndaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər, fiziki qarşıdurma zamanı təqsirləndirilən şəxslərdən biri E.Q. küt cisimdən istifadə etməklə onlara qarşı fiziki zorakılıq törədib. Hadisədən sonra təqsirləndirilən şəxslər hadisə yerindən qaçaraq gizləniblər. Keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları E.Q. və S.C.-ni “isti izlər”lə saxlayıblar. Xəsarət alan xarici ölkə vətəndaşlarını müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya aparıblar” – DİN-in bəyanatında deyilir.