Daxili İşlər Nazirliyi polisə hücum ittihamı ilə bir nəfəri saxlayıb

21:12, 02.12.2024

 
Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində polisə hücum ittihamı ilə 1972-ci il təvəllüdlü D.L.-i saxlayıblar.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin dekabrın 1-də Rustaveli prospektində keçirilən aksiya zamanı Daxili İşlər Nazirliyinin əməkdaşlarına “Molotov kokteyli” atıb, nəticədə də nazirliyin balansında olan su şırnağı avtomobili zərər görüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsi Tbilisidə saxlayıblar” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 353-cü prima maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır. Daxili İşlər Nazirliyinin məlumatında cinayətin 7 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutduğu deyilir.

“Davam edən aksiyalar çərçivəsində zorakılıq törədən qruplar tərəfindən törədilmiş bütün cinayət əməlləri üzrə Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 187 və 353-cü maddələri ilə istintaq aparılır, istintaq çərçivəsində də bu vaxt üçün 4 nəfər saxlanılıb.

Bütün cinayətkarların müəyyən edilərək saxlanılması istiqamətində istintaq davam edir. Hər bir qanuna zidd hərəkət polis tərəfindən müvafiq hüquqi cavabla müşaiyət olunacaq” – Daxili İşlər Nazirliyində bildirirlər.

Oxşar